Buraxılış imtahanına hazırlıq

    Məktəbin Fəaliyyət Planında təmayül siniflərdə və eləcədə digər siniflərdə tədrisin keyfiyyət dinamikasını izləmək məqsədilə mütəmadi olaraq monitorinq imtahanlarının keçirilməsi öz əksini tapmışdır. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən biri də məktəbin  11-ci siniflərində buraxılış imtahanına hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə keçirilən monitorinq imtahanı oldu.

    Mart ayının 30-da keçirilən monitorinq imtahanında tədris dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 test tapşırığı təqdim olundu. Eyni zamanda ingilis dili fənnindən şagirdlərin "listening" bacarıqlarını yoxlamaq məqsədilə tapşırıqlar təqdim olunmuşdur.

    Tədrisinin keyfiyyətini müəyyən etmək məqsədini daşıyan bu monitorinq imtahanının nəticələri pedaqoji, eləcədə şagird və valideyn kollektivi ilə müzakirə olunacaq, müvafiq tədbirlər görüləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi