Soyqırımı qurbanlarını unutma

31 Mart azərbaycanlıların soyqırımı günüdür. Bu günün qeyd olunmasında məqsəd şagirdlərimizdə milli vətənpərvərlik hissinin gücləndirilməsi, xalqımızın tarixinə biganə olmamaq hissini aşılamaq, xalqımızın haqq səsini digər xalqların nümayəndələrinə çatdırmaqdır.

Məktəbimiz bu tarixi günün qeydolunması ilə bağlı fəaliyyət planı hazırlamış və planın icrası ilə əlaqədar bir sıra işlər görülmüşdür.

30 mart 2019- cu il tarixində məktəbdə ilk dərs saatları soyqırımı faciəsinin anılmasına həsr olunmuş, pedaqoji kollektiv və şagirdlər tərəfindən faciə qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Dərslərdə bu faciə haqqında məlumatlar dinlənilmiş, şagirdlər tərəfindən təqdimatlar hazırlanmışdır. Məktəbin foyesində soyqırımına həsr olunmuş kitablardan ibarət sərgi təşkil olunmuşdur. Şagirdlər sərgi önünə gələrək anım günü ilə əlaqədar çıxışlar etmiş, şeirlər söyləmişlər. Həmçinin məktəbdə tarix, ədəbiyyat və rəsm dərsləri bu günə həsr edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi