İnkişaf edən Azərbaycan

   Məktəbimizin “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdiirlməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il üçün nəzərdə tutulan Fəaliyyət Planına əsasən və eyni zamanda uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılması məqsədilə fevralın 28-də məktəb kitabxanasında dəyirmi masa keçirildi. Dəyirmi masada iştirak edən müəllimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi, ölkəmizdə sosial-iqtisadi sahələr üzrə, o cümlədən, təhsil sahəsində həyat keçiirlən quruculuq işləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə beynəlxalq miqyaslı  iqtisadi layihələrin həyat keçirilməsi, ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən, məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən , Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət layihələrinə ev sahibliyi etməsi barədə mühazirələrlə çıxış etdilər.

         Dəyirmi masanın sonunda qərara alındı ki, bütün bu işlərin effektivliyini artırmaq məqsədilə müzakirə olunan mövzuların hər biri ilə bağlı seminarlar təşkil edilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi