Məqsədə doğru addımla

  Məktəbimizin idman sahəsində uğur əldə edən istedadlı şagirdləri xeyli saydadır. Belə şagirdlərimizdən biri də 10 A sinif şagirdi Quluzadə Novruzdur. Novruz müxtəlif yarışlardan birinciliklə qayıdaraq fəxrimizə çevrilib. O,iştirak etdiyi İrigumi-cyugo,Groppling NO-Gİ,Qocyu-ryu,Kempo,Kobudoidman növləri üzrə, WKF qaydaları ilə  bağlı yarışların respublika birinciliklərində daim fəxri kürsünün ön pilləsində yer tutmuşdur. Novruzun gələcək planları və arzuları tükənməzdir. Dünyanın ən nüfuzlu yarışlarında bayrağımızı dalğalandırmaq istəyən Novruz ali təhsilini Polis Akademiyasında davam etdirməyi düşünür. Vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqa zidd qəsdlərdən qorunmasına məsuliyyətlə xidmət edəcəyinibildirir. Şagirdimizə bu arzularının kerçəkləşməsini diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi