Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2019 – cu il tarixli F-96 nömrəli əmri ilə təsdiq edilmiş “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın keçirilməsi barədə Əsasnamə uyğun olaraq məktəbimizdə müsabiqə-konfransın məktəb mərhələsi keçirilmişdir. Məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması və xalqımızın milli-mənəvi dəyərlərinə sadiq vətənpərvər ruhlu gənclər kimi böyüməsi istiqamətində aparılan işləri daha da gücləndirmək olan müsabiqə-konfransda məktəbin qabaqcıl müəllimi Bahar Hüseynovanın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimizə qayıdış” mövzusunda tədqiqat işi təqdim olundu. Tədqiqat işi yüksək qiymətləndirildi və rayon mərhələsində iştirakı nəzərdə tutuldu. Müəllimimizə növbəti mərhələdə uğurlar arzulayırıq.
İlk dərslər “Konstitusiya və Suverenlik ili” mövzusuna həsr...
Paytaxt məktəblərində Bilik Günü qeyd olunub
“Bilik günü – Şəhid məzunlarımızın xatirəsi yad edildi”
“15 sentyabr-Bilik Günü”
"Pedaqoji Şura keçirildi"
"Vebinarlar təşkil edildi"
Paytaxtın təhsil işçilərinin sentyabr konfransı
“Tələbə adını qazanan məzunlarımız”