Respublika fənn olimpiadalarının növbəti turuna adlayan şagirdlərimiz

Olimpiadada bütünfənlər, siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə X siniflər üçün isə 30 faiz və yuxarı) nəticə göstərmiş şagirdlər Respublika fənn olimpiadalarının növbəti mərhələsində iştirak etmək hüququ əldə edib. Şəhər mərhələsində şagirdlərimiz Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə öz biliklərini sınadılar.

Qeyd edək ki, məktəbimizin  X və XI şagirdlərindən altı nəfəri – Ləman Mehdiyeva biologiya fənni üzrə, Ramin Ağazadə və  Nuranə  Məmmədli – coğrafiya fənni üzrə, Rafiq Bağırov və Fərid Rəcəbov riyaziyyat fənni üzrə, Nərgiz Quluzadə - Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın növbəti turunda iştirak edəcəklər.

Respublika fənn olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Bu ali məqsədi yerinə yetirməkdə kömək olan müəllimlərimizə - Afaq Abdullayeva, Səbahət Əliyeva, Arzu Hüseynova, Fəridə Butdayeva, Marifə Şəkərovaya dərin təşəkkürümüzü bildirir onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi