Məktəbimizdə valideynlərin bir günü

 “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində19 fevral tarixində məktəbin (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri məktəbimizi ziyarətetdilər.

Valideynlər ilk öncə tədbirin rəsmi açılışında iştirak etdikdən sonra məktəblə əyani tanış oldular. Onlar məktəb mühiti ilə tanış etdirilmiş, məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verilmişdir. Daha sonra valideynlərin dərslərdə iştirakı ilə dərs müşahidələri davam etdirildi. Məktəb rəhbərliyi dərs müşahidələrindən sonra valideynlərlə bir daha görüşdü. Görüş zamanı valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilmişdir və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikirmübadiləsi aparılmışdır. Tədbirə bədii hissə ilə yekun vuruldu. Bədii hissəyə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər qonaqları-doğma valideynlərimizi salamlayaraq məktəbimizin qazandığı nailiyyətlərlə tanış etdirdilər. Musiqili fasilələrlə davam edən tədbirdə onlar məktəbin korpusunun açılışı və açılışda möhtərəm prezidentimizin iştirakı, dövlətimizin məktəblillər üçün yaratdığı şərait haqqında geniş məlumat verdilər. Məktəbimizi qızıl medalla bitirən, ölkə hüdudlarından kənarda onun adını ucaldan məzunlarımız haqda məlumat verən aparıcılar – Məsmə və Nihad daha sonra geniş və zəngin kitabxanamız haqda söz açdı. Tədbirdə şagirdlərimiz şeirlər söylədilər, mahnılar ifa etdilər müxtəlif rəqslər nümayiş etdirdilər. Şagirdlərimizin bacarıq nümayişi bununla bitmir. Tədbirin gedişi zamanı onlar məktəbimizin təsviri incəsənət müəllimi-rəssam Sevinc Kərimovanın rəhbərliyi ilə öz rəng dünyalarının qapılarını tədbir iştirakçılarının üzünə açdılar.

Tədbirdə həmçinin idman, müxtəlif fənn müsabiqələri, şeir müsabiqələri və olimpiadanın şəhər turunda iştirakı zamanı fərqlənən şagirdlərimiz rəğbətləndirildilər. Onlara məktəb rəhbərliyinin “Fəxri Fərman” ları təqdim olundu. Tədbirin sonunda məktəbin direktoru Qarat Qaratov valideynlərə və tədbirin yüksək səviyyədə təşkilinə görə təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilovaya öz dərin təşəkkürünü bildirdi. Qarat müəllim qeyd etdiki, valideynlərlə pedaqoji əməkdaşlıq daim diqqətdədir, gələcəkdə də bu tip tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Sonda məktəb rəhbərliyi və tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi