ADA nümayəndəsinin şagirdlərlə görüşü
Məktəbimizdə 11 fevral 2019-cu il tarixində “ADA” Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Abbasova Mahnur xanımın 10-cu və 11-ci sinif şagirdləri ilə görüşü təşkil olunmuşdu. Mahnur xanım qeyd etdi ki , “ADA” Universiteti hər zaman maraqlı və qabaqcıl layihələrlə Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərlə əməkdaşlıq edir. Yuxarı sinif şagirdlərinin gələcək universitet seçiminə köməklik göstərmək məqsədilə, universitet müntəzəm olaraq, orta məktəb şagirdlərini “ADA”ya dəvət edir, onlar universitet , buradakı təhsil, ixtisaslar, tələbə həyatı, kitabxana və s. Haqqında məlumat verirlər. “ADA” Universitetinin əməkdaşının maraqlı təqdimatı şagirdlərdə xüsusi maraq oyatdı.