Olimpiadaçıların ən balacası olan şagirdimiz
Məktəbimizin 7 D sinif şagirdi Qarayeva Fidan Mübariz qızı seçim mərhələsindən uğurla çıxaraq 2018-2019-cu tədris ilinin oktyabr ayının əvvəllərindən Beynəlxalq fənn olimpiadalarının seçim turunda iştirak etmək hüququnu qazanmışdır. O keçiriləcək beynəlxalq olimpiadanın ən balacasıdır. Fidan Qarayeva Meksikada anadan olub,6-cı sinfə kimi həmin ölkədə təhsil almışdır. O azərbaycan dilində fikrini çətin izah etsə də artıq Azərbaycan dilində imtahan verərək uğur qazanmış və olimpiadalara hazırlıq mərkəzində məşqlər keçərək Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına hazırlaşır.
Məlumata görə beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır.
Ona görə də şagirdimiz tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına əmindir.
Biz ona uğurlar arzulayırıq.