BİR OLAQ, HƏMRƏY OLAQ

  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu tarix milli birliyin yaranmasının başlanğıc nöqtəsidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsini, Azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz tohfələrini verirlər. Həmrəylik gününün qeyd olunması ilə bağlı verilən tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib.

Bu uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində  bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu.

27 dekabr tarixində məktəbin akt zalında  ibtidai sinif müəllimi Svetlana Məmmədovanın təşkilatçılığı ilə 2 E sinfinin keçirdiyi tədbir bu əlamətdar günə həsr olunmuşdu.

Şagirdlərimizin bir-birinin ardınca verdiyi məlumatlarda qeyd edilirdi ki, 2001-ci  ilin noyabrında Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə  azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaranması, xarici ölkələrdə azərbaycanlıların təşkilatlanması prosesini daha da gücləndirdi.

Ulu öndərimiz xarici ölkələrə səfəri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinı baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüçə də vaxt ayırır, onlara tövsiyələrini verirdi.

Hazırda prezident İlham Əliyev Ulu öndərin bu estafetini də uğurla davam etdirir. 2006-cı ilin martında Bakıda Dünya Azərbaycanlıllarının II Qurultayı keçirildi. Bu mötəbər toplantı  xaricdə yaşayan azərbaycanlılların diaspordan lobbiyə çevrilməsində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatlarının Rəhbərlərinin I Forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi. Azərbaycan Prezidentinin Türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkliatının sədri, Heydər Əliyev Fondunun Vitse-przidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlərAzərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

2011-ci ilin iyul ayında isə Bakıda Dünya Azərbaycanlılarının III Qutultayı keçirildi. Azərbaycanın dövlət müstəqilliyinin  bərpasının 20-ci ildönümü ilə bağlı keçirilən Dünya Azərbaycanlılarının III Qutultayı dünyanın müxtəlif ölkələrindən yüzlərlə həmvətənimizi dövlətimizin paytaxtında bir araya gətirdi.

2016-cı il iyunun 3-də Bakıda Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qutultayı keçirildi. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaqlar iştirak edirdi. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri də iştirak edirdi.

Həmrəylik Günü xalqımızın birlik şüarının simvolik günüdür.

Tədbiri şagirdlərimizin ifasında səslənə şeirlər, mahnılar və rəqslər bəzədi. Böyük coşğu ilə ifa olunan bu kompozisiyalar gələcək nəslin vətənpərvər ruhda böyüməsindən xəbər verirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi