Məktəbimizdə “Ana dili aylığı” ilə bağlı növbəti tədbir

  Məktəbimizin Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdən biri də  fənn aylıqlarının geniş şəkildə keçirilməsidir.Təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, qabaqcıl təcrübənin nümayişi və təbliği məqsədilə məktəbdə mütəmadi olaraq fənn aylıqları keçirilir.
            Bu tədris ilinin dekabr ayı ərzində isə məktəbimizdə “Ana dili aylığı” qeyd olunur.İlk öncə aylıqla bağlı Fəaliyyət Planı hazırlanmış, plana uyğun olaraq, ay çərçivəsində  nümunəvi dərslər dinlənilmiş,fənn metodbirləşməsində keçirilən dərslərlə bağlı müzakirələr aparılmış, buraxılış sinif şagirdlərinin imtahanlara hazırlıq səviyyəsini yoxlamaq məqsədilə ana dili  fənnindən monitorinqlər aparılmış,müxtəlif siniflərdə şagirdlərin oxuyub-anlama bacarığı yoxlanılmışdır.

Fənn metodbirləşməsinin bülletenləri, divar qəzetləri hazırlanmışdır.Məktəb kitabxanası tərəfindən ana dilinə həsr olunmuş əsərlərin müzakirələri aparılmışdır.

Həmçinin fənn aylığı ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindənkeçirilən tədbir də keçirilən silslilə tədbirlərin davamıdır.Müəllimlərimiz Əntiqə Məmmədova,Nazilə Ağapaşayeva , Bahar Hüseynova , Aynur Məcidova ,Pərvanə İbrahimova , Rəna İbrahimova , Xatirə Babazadə  və Fatimə Binnətova  tədris etdikləri 5 Ə, 6 E , 7 Ç ,7 D , 8 A , 8 C , 8 Ə  və 9 C sinif şagirdlərinin iştirakı ilə ana dilinin əhəmiyyətini, dəyərini , varlığını dərk etdirəcək geniş tədbir hazırlamışdılar.

Dil haqqında fikirlərini çatdıran 8 Ə sinif şagirdlərinin ardınca 7 Ç sinif şagirdləri “Molla Nəsrəddin”də dilə münasibət və durğu işarələri haqqında çıxışları, 8 A sinif şagirdləri Cəlil Məmmədquluzadənin “ Anamın kitabı ” əsərindən səhnəciklə ,7 D sinif şagirdləri Ulu öndərin dilimiz haqqında dəyərli fikirləri,5 Ə, 6 E və 9 C sinif şagirdləri isə ana dilimizə həsr olunmuş ən gözəl şeirləri səsləndirməklə tədbiri yaddaqalan və əsrarəngiz etdilər.

Tədbirin yekununda  məktəbin direktoru Qarat Qaratov və təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyeva şagirdlərə, müəllimlərə öz təşəkkürlərini ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi