“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi
Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq 16 noyabr 2018-ci il F-765 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbimizdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqənin məktəb mərhələsində ədəbiyyat müəllimlərinin köməyi ilə mütaliə etməyi sevən 8-11-ci sinif şagirdləri müəyyənləşdirilmiş, Azərbaycan və dünya ədəbiyyatı ilə maraqlanan, müxtəlif əsərləri mütaliə edən şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırmış, təəssüratlarını qısa qeyd etmişlər. Məktəb mərhələsinin nəticələrinə əsasən məktəbimizin 2 nəfər şagirdi – 8 A sinif şagirdi Rəsul Rzayev və 10 Ç sinif şagirdi Musayeva Aydan seçilərək müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Şagirdlərimizə müsabiqənin növbəti mərhələsində uğurlar arzulayırıq.