Dünyaya nümumə olan irsin təbliği
Bildiyimiz kimi, hər il ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün xüsusi seminar-mühazirələr təşkil edilir. 18 dekabr 2018-ci il tarixində məktəbimizin 10-11-ci sinif şagirdləri üçün Bakı şəhəri 221 nömrəli tam orta məktəbdə növbəti seminar təşkil edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra seminar mühazirə 221 nömrəli tam orta məktəbin direktoru Fikrət Xəlilovun qonaqları salamlaması və bu mühazirələrin dərin ictimai əhəmiyyəti barədə məlumat verməsi ilə başlandı. Mühazirəçi 257 nömrəli tam orta məktəbin tarix müəllimi fəlsəfə elmləri doktoru Kərimli İlham Qnyaz oğlu, mühazirənin mövzusu isə “Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” olmuşdur. F.e.d. İlham Kərimli ümummilli liderin hakimiyyətdə olduğu həm birinci, həm də ikinci dövrdə öz xalqı üçün, doğma vətəni yolundakı misilsiz xidmətləri haqqında, onun hərtərəfli siyasəti, təhsilə verdiyi dəyər haqqında ətraflı məlumatlar verdi, maraqlı faktlar söylədi.
Çıxışının sonunda İlham müəllim Ulu öndərin geniş aspektli, xalqın gələcək inkişafına yönəlmiş siyasətinin cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlətin əsas strateji istiqamətlərində biri kimi davam etdirildiyini, onların bu sahədəki misilsiz xidmətlərini, Heydər Əliyev Fondunun Azərbaycan xalqına verdiyi töhfələrini qeyd etdi.
Tədbir Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş slaydların nümayişi ilə bitdi.
Son söz olaraq məktəbimizin direktoru Qarat Qaratov çıxış edərək müasir gəncliyə əvəzsiz örnək olan Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş bu mühazirələrin gəncliyin tərbiyəsində və şəxsiyyət kimi yetişməsində müstəsna rolu olduğunu qeyd etdi və yaradılan şəraitə görə Fikrət müəllimə öz təşəkkürünü bildirdi.