İSTEDADLI ŞAGİRDİMİZ

  Məktəbin 9 A sinif şagirdi Hüseynli Şamil Telman oğlu öz istedadı ilə seçilən şagirdlərimizdəndir. Məktəbin müxtəlif tədbirlərində fəal iştirak edən Şamil özündə iki istedadı birləşdirir. İncəsənətin musiqi və rəssamlıq sahəsində olan istedadı ona bir sıra layihələrdə iştirak edərək uğur qazanmağa kömək etmişdir. Belə ki, o, M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasında, 30 saylı Uşaq Musiqi Məktəbində, Rusiya Mədəniyyət Mərkəzində təşkil olunan müxtəlif tədbirlərdən diplom və mükafatlarla qayıtmışdır. ”Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihə çərçivəsində “Neft və ekologiya” mövzusunda keçirilən rəsm müsabiqəsində iştirak etmişdir.

Şagirdimizə tükənməz uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi