ƏBƏDİ LİDERİN ANIM GÜNÜ
Dekabrın 12-si ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Cismən yoxluğuna alışa bilmədiyimiz ötən on beş il ərzində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri xiyabanda uyuyan məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş, insanlar daim onun xatirəsinə ehtiramlarını ifadə edirlər. Öz titanik fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyduğu kimi, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir, qürur duyuruq.
Məktəbimizdə xalqımıza, bizlərə ömrünü bağışlayan dahi şəxsiyyətin anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də ibtidai sinif müəllimləri Şamama Məmmədovanın, Maral Əliyevanın, Səadət Quliyevanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən ədəbi-bədii kompozisiya oldu. Şagirdlər Ulu öndərin həyat və fəlaiyyətinin əks etdirən çıxışlarla yanaşı, ona ithaf olunmuş şeirlər ifa etdilər. Ümummilli liderin aforizmə çevrilən sözləri xatırlandı. Ümummilli liderə məhəbbətin ifadəsi olaraq, məktəbin foyesində qoyulan rəsminin qarşısına tər çiçəklər düzdülər.