Gənclərin peşəyönümü tərbiyəsinin təşkili
Şagirdlərin gələcəkdə peşəkar mütəxəssis kimi yetişməsi üçün onların düzgün peşə seçimi vacib məsələlərdən biridir. Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi ,yuxarı sinif şagirdlərinə peşə seçimi ilə bağlı kömək etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinin Xətai Rayon Məşğulluq Mərkəzinin əməkdaşları ilə peşəyönümü ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirildi.Məsləhətçi İsmayılova Günel İlqar qızı və təlimçi Məmmədova Sevinc Sədrəddin qızının 04 dekabr 2018-ci il tarixində məktəbdə keçirdikləri bu görüş şagirdlərin və valideynlərin ürəyincə oldu.