Məktəbimizin müəllimi Moskva şəhərində keçirilən "Rus dili birləşdirir" adlı tədbirdə iştirak etmişdir
Məktəbimizin rus dili və ədəbiyyatı müəllimi Qruşenkova Yelena Aleksandrovna Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19 noyabr 2018-ci il tarixli, 7304-02/10 nömrəli məktubuna əsasən Moskva Höküməti və Təhsil Departamenti tərəfindən 23-27 noyabr 2018-ci il tarixlərində Moskva şəhərində xarici ölkə məktəblərinin rus dili müəllimləri üçün "Rus dili birləşdirir" adlı ixtisasartırma kurs seminarlarında iştirak etmişdir. Seminarda Moskva Dövlət Pedaqoji Universitetinin tanınmış alimləri müxtəlif mövzularda çıxış etmişdir.