RİYAZİYYAT AYLIĞININ YEKUN TƏDBİRİ
Riyaziyyat fənnini şagirdlərə daha yaxşı sevdirmək, bugünkü dövrümüz üçün lazım olan riyazi biliklərin əldə edilməsinə nail olmaq qarşımızda duran əsas tələblərdən biridir.
Şagirdlərdə riyaziyyata marağı artırmaq, eləcə də bu fənnin tədris keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məktəbimizdə noyabr ayı “Riyaziyyat aylığı” elan olunmuşdur.
Məktəbimizdə “Riyaziyyat aylığı” ilə əlaqədar tədbirlər planı işlənib hazırlanmış və planda riyaziyyat fənni ilə bağlı bir çox məsələlər öz əksini tapmışdır. Belə ki ,aylıq çərçivəsində tədbirlərin təşkili ilə əlaqədar işçi qrup yaradılmış, hazırlanmış plan əsasında tədbirlər həyata keçirilmişdir.Bütün paralellər üzrə fənnin tədrisinin monitorinqi aparılmış, dərsdinləmələr həyata keçirilmiş, yaranmış problemlər və qarşıya qoyulmuş məqsədlərlə bağlı fənn metodbirləşməsinin iclasları keçirilmişdir
“Riyaziyyat aylığı” çərçivəsində məktəbdə bir neçə dəyirmi masa keçirilmişdir. Bu tədbirlərdə həm müəllimlərimiz, həm də şagirdlərimiz fəal iştirak etmişlər. “Riyaziyyat fənninin inteqrasiya imkanları” mövzusunda keçirilmiş dəyirmi masa daha maraqlı və rəngarəng olmuşdur.
Eyni zamanda fənn aylığının yekunu olaraq 30 noyabr 2018-ci il tarixində məktəbin riyaziyyat müəllimləri Aybəniz Mehralıyeva, Gülbəniz Məmmədova , İradə Şəfiyeva , Səbahət Əliyeva , Leyla Quliyevanın təşkilatçılığı və 8 A ,8 B, 8 C, 8 Ç və 10 Ç siniflərinin aktiv iştirakı ilə “Riyaziyyat gecəsi” adlı tədbir baş tutdu. Gecədə şagirdlər kiçik səhnəciklər şeirlər, mahnılar vasitəsilə bu fənnə olan sevgilərini izhar etdilər.”Rəqəmlərin mübahisəsi”, “Fənlərin bəhsi” adlı səhnəciklər isə tədbirə xüsusi rəng qatdı.