BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK

  Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) 16 və 17 noyabr 2018-ci il tarixlərində  “Öyrənmənin qiymətləndirilməsi” adlı III Beynəlxalq Təlim Konfransını və 18 noyabr 2018-ci il tarixində baş tutmuş konfrans sonrası “Master klass” seminarlarını  təşkil etmişdir. Konfrans Avropa  Azərbaycan Məktəbinin Badamdarda yerləşən binasında keçirilmişdir.

Bu ilki konfransın mövzusu öyrənmənin qiymətləndirilməsi  olmuşdur. Konfrans zamanı iştirakçılara qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin nə olduğu  dərindən anladılmış, həmçinin, konfrans iştirakçıları  öyrənmənin məqsədini və uğur meyarlarını müəyyən edə bilmək, şagirdlərin daimi inkişafı üçün onlara effektiv rəyin verilməsi ilə yaxından tanış olmaq, şagirdlərlə aparılan səmərəli sinif müzakirələri, suallar və tapşırıqların idarə olunması və şagirdlərin tədris prosesi zamanı bir-birinə kömək etməsi yollarını araşdırmaq barədə zəngin məlumat aldılar..

Konfransa tanınmış beynəlxalq məruzəçilər dəvət olunmuşdu. Onlardan Andy Qriffit Şerinqam məktəbində baş müəllim vəzifəsində çalışan Karen Syuell ilə birgə iki kitabın həmmüəllifidir. Ondan başqa məruzəçilər arasında tanınmış təhsil işçiləri olan Hanna Filips, Stiven Kruks, Karli Maquayr və AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərova da yer alır. Xədicə Cəfərova “Qiymətləndirmənin praktikada reallaşdırılması- Azərbaycan məktəblərindəki problemlər və onların həlli” mövzusunda məruzə ilə çıxış etdi.

Təcrübəli beynəlxalq və yerli təhsil mütəxəssisləri və müəllimlər əsas məruzəçilərin mövzularını dəstəkləyən müxtəlif spesifik və interaktiv seminarlar təqdim etmişlər.

Konfrans dünyaca məşhur təhsil xadimləri tərəfindən təqdim olunan professional inkişaf imkanları ilə yanaşı, Azərbaycanın dörd bir yanından olan müəllimləri bir araya gətirərək, onlar arasında əlaqə qurmaq və ən yaxşı təcrübəni bölüşmək imkanı vermişdir.Konfransda məktəbin təlim-tərbiyə işləri üzrə  direktor müavini Xəlilova Şəhla Vaqif qızı və məktəbin Azərbaycan dili və ədəbiyyat  müəllimi  Hüseynova  Bahar  Hüseyn  qızı  iştirak etmişlər.Şəhla müəllimə konfransın birinci günü Arzu Tairquliyevanın “Məktəb direktorunun rəhbərlik üslubu şagird nailiyyətini nıə dərəcədə müəyyənləşdirir” ikinci günü

isə Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Nümayəndəliyinin Təhsil Departamentinin  rəhbəri  Rəqsanə Məmmədovanın  “Əks əlaqənin səmərəli təşkili” mövzusunda  seminarlarda,Bahar müəllimə isə birinci gün Azərbaycan Müəllim  İnkişafı Mərkəzinin direktor  müavini İlkin Həsənovun “Formativ  qiymətləndirmə anlayışı , dərsin məqsədinin qiymətləndirmədə  əhəmiyyəti  və müxtəlif  qiymətləndirmə  strategiyaları” , ikinci gün isə Azərbaycan Müəllim  İnkişafı Mərkəzinin təlimçi  müəllimi Emin Tahirovun “Qrafik  vasitələrin  qiymətləndirmə  zamanı tətbiqi” mövzularında seminarlarda iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi