Müəllimimizin seminarda iştirakı

16 noyabr 2018-ci ildə Rus dili  Metod  Mərkəzinin Vladimr Dalın “Rus dilinin şifahi   danışıq  lüğəti”nin 150 illiyinə  həsr olunmuş  seminarı keçirilmişdir. Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində keçirilən seminar Azərbaycan üzrə Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina tərəfindən aparılmışdır. Seminarda Bakı Slavyan Universiteti  Müasir Rus dili kafedrasının müdiri, professor İlyas Həmidovun, Abşeron rayonun Saray kəndi  3 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllim Elnarə Məmmədovanın , Bakı şəhəri 151 nömrəli tam orta məktəbin müəllimi Sənubər Almasovanın, Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta  məktəbin rus dili və ədəbiyyat nüəlllimi  Yelena Qruşenkovanın çıxışları dinlənilmişdir..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi