İnsan hüquqları aylığı
2018 ilin 20 oktyabr-20 noyabr tarixləri ümumtəhsil məktəblərində “İnsan hüquqları aylığı” kimi qeyd olundu. Məktəbimizin Valideyn Komitəsinin üzvləri ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və demokratiya” adlı seminar keçirilmişdir. Uşaq Hüquqları Haqqında Konvensiyaya əsaslanaraq seminar iştirakçılarına uşaqların hüquq və azadlıqları haqqında ətraflı məlumat verilmişdir. 2018-ci ilin oktyabr və noyabr aylarında sinif təşkilat saatlarının bir sıra mövzuları – “Azərbaycan multikulturalizm örnəyidir”, ”Konstitusiyamız ali qanunumuzdur” , “Hüquqlarımızı və vəzifələrimizi bilək, əməl edək”, “Vergiləri vaxtında ödənilən dövlət – qüdrətli dövlətdir” və s. mövzulara həsr edilmişdir. Noyabr ayının 15-də aylığın yekunu olaraq məktəbin akt zalında ibtidai sinif müəllimi Maral Əliyevanın 3 Ç sinfi ilə birgə təşkil etdiyi hesabat tədbiri təşkil edildi. Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması, uşaq hüquqlarının təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi və uşaq hüquqlarının müdafiəsidir. Şagirdlər Uşaq Hüquqları Konvensiyasını təşkil edən maddələr haqqında, ölkəmizdə uşaqların hüquq və azadlıqlarının qorunması ilə bağlı görülən işlər barədə geniş məlumat verdilər. Məktəbin direktoru Qarat Qaratov şagirdlərə hüquqları ilə yanaşı vəzifələrini öyrənməyin vacibliyini izah etdi, çıxışlarından məmnun qaldığını bildirirərək, təşəkkür etdi.