DİRÇƏLİŞİMİZ-YÜKSƏLİŞİMİZ

Noyabrın 15-də məktəbdə 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə “Müstəqilliyimiz qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Qarat Qaratov açaraq əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu tədbirin Azərbaycanda milli azadlıq hərəkatı tarixinin xatırlanması və milli mənlik şüurunun yaddaşlarda möhkəmləndirilməsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hislərinin yüksəldilməsi məqsədini daşıdığını bildirdi. Sonra məktəbin ibtidai sinif müəllimi və tədbirin təşkilatçısı Səadət Quliyeva 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərakatının azad Azərbaycan uğrunda savaşın təməlini qoyduğunu, bu hərəkatda əsas qüvvənin gənclər olduğundan danışdı. O, meydan hərakatından sonra xalqımııza qarşı yönəldilən açıq təcavüzlərdən, ölkəmizin müstəqillik qazanmasından sonra siyasi böhranın dərinləşməsindən və vətəndaş qarşıdurmasının yaranmasından, xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından, xalqı parçalanmaqdan, ölkəni dağılmaqdan xilas etməsindən və son dövrdə müstəqil Azərbaycanın sürətli inkişafından danışdı. Sonra o, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha yüksək zirvələrdə dalğalanacağını bildirdi. Dirçəliş gününün tarixinə aid videomaterial izlənildikdən və məruzə dinlənildikdən sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi