BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ - KİMLİYİM
Azərbaycanın bir dövlət olaraq dünyanın aparıcı dövlətləri arasında öz bayrağı ilə tanınır, bütün siyasət, mədəniyyət və idman sahələrində keçirilən beynəlxalq tədbirlərdə təmsil olunur. Bu əvəzedilməz simvolun dəyərini bizə dərk etdirən, onun nə qədər əhəmiyyətli olduğunu anlamağa sövq edən hörmətli prezidentimiz cənab İlham Əliyev bu gözəl günü qeyd olunan tarixi günlər sırasına salmaqla xalqımız üçün əlamətdar bir işə imzasını atdı. Vətəndaşların yetirilməsində rolu əvəzsiz olan bir təhsil müəssisəsi kimi bizim də borcumuz bu tarixi günün əhəmiyyətini şagirdlərə düzgün çatdırmaqdır.
Bu müqəddəs vəzifəni dolğun şəkildə yerinə yetirmək üçün məktəbin Fəaliyyət Planına uyğun olaraq, məktəbdə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib.
07 noyabr tarixində məktəbdə bu tarixi günlə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Ramin Baloğlanov, Müşviq Məmmədov , Rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin əməkdaşları Miryasin Seyidov , Osman Mövsümov iştirak edirdilər.Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırılib.