Yol hərəkəti qaydalarını öyrənirik, onlara əməl edirik
Məktəbimizin ibtidai sinif müəllimi Sevinc Şirəliyeva tərəfindən məktəbin 2B sinfində Həyat bilgisi fənni üzrə “Yol hərəkəti qaydaları” mövzusunda açıq dərs keçirildi. Fiziki tərbiyə,ana dili və riyaziyyat fənləri ilə inteqrativ şəkildə təqdim olunan dərs bütün şagirdlərin fəallığı və kiçik qruplarla iş formasında keçdi. Müəllim müxtəlif iş üsullarından (əqli hücum,müzakirə,kiçik mühazirə,problem situasiya,BİBÖ,”doğru-yanlış” və s.) və müxtəlif resurslardan (dərslik,işçi vərəqlər,informasiya-kommunikasiya texnologiyaları,yol hərəkəti qaydalarını əks etdirən kiçik lövhələr,Prometan lövhə) istifadə etməklə dərsin daha da maraqlı və məqsədəuyğun qurulmasına kömək etdi. Şagirdlər yol hərəkəti qaydalarına aid məsələlər,tapmacalar,krossvord və “doğru-yanlış” oyunu vasitəsilə dərsi daha düzgün dərk etdilər və müxtəlif bacarıqlara yiyələndilər. Sonra şagirdlərin özünü qiymətləndirməsi və müəllim tərəfindən qiymətləndirilmə aparıldı.