Müsbət dinamika ilə keyfiyyətli təhsilə doğru

Ötən tədris ilində  "Təhsildə keyfiyyət ili" ilə əlaqədar olaraq məktəbin rəhbərliyi və pedaqoji kollektivi qarşısında  müəyyən vəzifələr qoyulmuş, bununla bağlı  Faəliyyət Planı hazırlanmış və ondan irəli gələn məsələlər həll edilərək  məktəb saytında  ictimaiyyətə məlumat verilmişdir.

Verilən məlumatların ardıcıllığı olaraq ona bildirə bilərik ki , ötən “Təhsildə keyfiyyət ili”ni məktəbimiz müsbət dinamika ilə başa vurmuşdur.Belə ki , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2017/2018-ci tədris ilində ümumi təhsil məktəblərində təhsil almış IX sinif şagirdlərinin buraxılış  imtahan nəticələri əsasında hazırlanmış Reytinq siyahısına görə məktəbimiz müsbət irəliləyiş göstərərək 74 pillə irəliləmişdir.

Bütün bunlar il ərzində məktəb rəhbərliyinin və pedaqoji kollektivin gərgin və məsuliyyətli əməyi nəticəsində əldə olunmuşdur. Belə ki , ötən tədris ilində məktəbdə buraxılış imtahanlarının nəticələrinə görə qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin araşdırılmış, müvəffəq qiymət alanların ümumi sayından keyfiyyətli nəticə göstərən (yüksək bal toplayan, "5" və "4"-"5" alanlar) şagirdlərin faiz hesabı müəyyənləşdirilmişdir.

Son 3 dərs ilində buraxılış imtahanlarında şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlər müəyyən olunmuş onların tədris fəaliyyətləri davamlı olaraq izlənilmiş,müvafiq tədbirlər görülmüşdür.

Buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə görə, məktəbin buraxılış imtahanları aparılan fənlər üzrə  müəllimlərinin keyfiyyət göstəricilərini əks etdirən  cədvəl hazırlanmışdır.

            Məktəbdə buraxılış sinif şagirdləri üçün imtahan fənlərindən qrafik üzrə müəyyən edilmiş vaxtlarda   əlavə məşğələ saatları  təşkil  olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi