Şagirdlərin estetik zövqünü formalaşdıraq

Məlumdur ki, şagirdlərin estetik zövqünün formalaşmasında təsviri incəsənət dərslərinin xüsusi rolu var. Bu dərslər vasitəsilə şagirdlər müxtəlif bilik və bacarıqlara yiyələnirlər. Belə ki, onlar təsviri incəsənəti dünya mədəniyyətinin tərkib hissəsi kimi şərh edir, təsviri və dekorativ sənətin növ və janrlarını fərqləndirir, müxtəlif vasitələrdən istifadə edərək  incəsənətin bir çox növlərində real və abstrakt şəkildə təsvir etməyi öyrənirlər.

Bütün bu bacarıqları formalaşdırmaq üçün isə peşəkar mütəxəssis – müəllim əməyi vacibdir. Məktəbimizin rəssam - müəllimi  Sevinc Oqtay qızı Kərimova məhz belə müəllimlərdəndir. Onun gərgin əməyi nəticəsində şagirdlərimiz nəinki bu fənni  sevir, həm də  müxtəlif müsabiqələrdə iştirak edərək nailiyyətlər əldə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi