Yeni tədris ilinə ilk addımlar

Bu  gün  respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi  məktəbimizdə də  “Bilik günü” yüksək coşğu ilə qeyd olundu.Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı.Qeyd edək ki , “Bilik günü”nə  ictimaiyyət  nümayəndələri , məktəbizin ötən tədris ilində yüksək nəticə göstərən məzunları , tam orta təhsili qızıl medalla başa vuran və qəbul imtahanında  fərqlənən məzunumuz İsmayılova Günel Vüqar qızı, məktəbimizin adını daşıdığı şəhid Ədalət Abbasovun ailə üzvləri , Aprel döyüşlərində qəhrəmancasına şəhid olan zabit Rusif Ağayevin həyat yoldaşı və onun döyüş yoldaşları , Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Adil Əliyev , Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri dəvət olunmuşdu.

Giriş sözü ilə tədbiri açıq elan edən məktəbin direktoru Qarat  Qaratov bu gün münasibətilə məktəbin şagird və pedaqoji kollektivini təbrik etdi, hər birinə bol enerji, öyrənmək həvəsi və bunların məntiqi nəticəsi olan nailiyyətlər arzu etdi.Həmçinin qeyd etdi ki , “Ümumtəhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet istiqamətləri ”  barədə  Təhsil Nazirliyinin  müvafiq əmrinə əsasən dərs ilində ilk dərslər I-IV siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimizin bayraqdarıdır”mövzularına həsr olunacaqdır. Tədris ili ərzində hər həftənin 1-ci günü 1-ci dərslərdə şagirdlər və müəllimlər tərəfindən Dövlət himni ifa edilməlidir.

Daha sonra tədbiri birincilərin şeir çələngi davam etdirdi. Eyni zamanda məktəbimizin məzunu  İsmayılova Günel və onun sinif rəhbəri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Babazadə Xatirə müəllimə öz  ürək sözlərini və təbriklərini çatdırdılar.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova təbrik nitqində qeyd etdi ki , bu il məktəbimizin birinci siniflərinə 280-dən çox şagird qəbul olunmuşdur. “Bilik günü”  kimi bir bayramı qeyd etdiyimiz bir gündə məktəbimizin birinci sinif şagirdləri arasında Aprel şəhidi olan Rusif Ağayevin iki övladı Əli və Zəhra Ağayevlər də var.

Tədbirdən sonra məktəbin birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri təşkil edildi, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılması təmin edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi