Məktəbimizin fəxrləri

    2017-2018 – ci  tədris ilinin yekun qiymətləndirməsi göstərdi ki, məktəbimiz “Ümumi təhsildə  keyfiyyət ili”ni  yüksək nəticələrlə başa vurmuşdur. Belə ki, məktəbimizin bir məzunu 11 D sinif  şagirdi İsmayılova Günel Vüqar qızı tam orta təhsili qızıl medalla başa vurmuşdur. Xatırladaq ki, Günel  bu  il  keçirilən Fənn olimpiadalarının qalibi olmuşdur.

    Bundan başqa tam orta təhsili başa vuran 9 (doqquz)  şagirdimiz  də tam orta təhsili fərqlənmə  attestatı ilə bitirmişdir: 11 A sinif şagidləri Bağırova Nəzrin Oqtay qızı, Məmmədov Hikmət Sadiq  oğlu, Şəbiyeva Nuranə  Elsevər qızı, Vəliyeva  Leyla Məmməd qızı, 11 B sinif şagirdi Cəfərova Arzu Elçin qızı, 11 C  sinif şagirdi İmanov İman Səyyad oğlu, 11 D sinif  şagirdi  Ağasıyev Murad Elçin oğlu, Əlizadə Mehrixanım Kamran qızı, Hüseynli Aynur Behbud qızı. Adlarını çəkdiyimiz məzunlar qəbul imtahanında da fərqlənərək respublikanın  nüfuzlu universitetlərinə qəbul olunublar.

    2018-2019-cu tədris ili üzrə ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının birinci turunun nəticələrinə görə məzunlarımızın 72 (yetmiş iki)  faizi tələbə adını qazanıb. Onlardan  dördü 600-dən çox, 6 nəfəri isə 500-dən çox bal toplamışdır.

    2017-2018-ci tədris  ilində ümumi orta təhsil üzrə fərqlənmə attestatına 6 nəfər şagirdimiz  layiq görülmüşdür: 9 A sinif şagirdi Əlizadə Nuranə  Kamran qızı, 9 Ç sinif şagirdləri Binnətov Cahangir Cəmil  oğlu, Qasımzadə Kənan Şahbaz oğlu, Rəcəbov Fərid Aydın oğlu, 9 E sinif  şagirdi İbrahimova Səkinə İbad qızı, Məmmədova  Nərminə  Ramiz  qızı

    Bütün şagirdlərimizi və kollektivimizi qazandıqları uğurlara görə təbrik edirik. Yeni tədris ilinə daha yüksək nəticələr əldə etmək istəyi, arzusu və məqsədi ilə başlayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi