Karyera və peşə seçimi ilə əlaqədar görüş

   May ayının son günündə məktəbimizdə yuxarı sinif şagirdləri ilə “Peşə seçimi” mövzusunda görüş keçirildi. Təşkil olunan görüşlərin əsas məqsədi yuxarı sinif şagirdlərinin ixtisas seçiminə dəstək vermək, müvafiq bilik və bacarıqların vacibliyini şagirdlərin diqqətinə çatdırmaq, məktəblilərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirməkdən ibarətdir.

Görüşdə həmçinin şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, öz bacarıq və dəyərlərinin müxtəlif peşə sahələri ilə uyğunluğu məsələlərinə aydınlıq gətirildi. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında araşdırılaraq müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi