Bir kərə yüksələn bayraq bir daha enməz!

   Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Günel Zahidova, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəbin direktoru Qarat Qaratov, müəllim və şagirdlər iştirak ediblər.Əvvəlcə şagirdlər müxtəlif kompozisiyalarla çıxış edib, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı videoçarx nümayiş olunub.Ulu öndərə həsr olunmuş şeirlər ifa edilib.

Daha sonra Q.Qaratov məktəblilərə müvəffəqiyyət arzulayıb, məktəbin yüksək nailiyyətlər qazanmış şagirdlərini Fəxri Fərman və diplomlarla təltif edib.

Məktəbin direktoru Qarat Qaratov yekun nitqində  AXC-nin demokratik dövlət quruculuğu, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, hərbi quruculuq sahəsində atdığı mühüm addımlardan, milli dövlətçilik ənənələrimizin bərpası işində oynadığı roldan, xalqın maariflənməsinə mühüm təkan verən tədbirlərindən danışıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi