Şagirdimiz olimpiadanın qalibləri sırasında

Respublika fənn olimpiadalarının final mərhələsinin qalibləri bəlli olub.Nəticələrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.Bu şagirdlərdən biri də məktəbimizin 11 D sinif şagirdi İsmayılova Günel Vüqar qızıdır. Günel Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın respublika mərhələsində bürünc medal qazandı.
Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdlərinə də IX siniflərlə bərabər öz bilik və bacarığını sınamaq imkanı verilib.
Qazandığı bu uğura görə şagirdimizi və onun müəllimi- Babazadə Xatirə müəlliməni təbrik edir,onlara uğurlar arzulayırıq.