Tariximizi yaşadan muzeylərə ekskursiya

Məktəbin fəaliyyət planının müvafiq bəndinin icrası istiqamətində şagird marağının müəyyənləşdirilməsi, tədrisin keyfiyyətinin artırılmasına, motivasiyanın yüksəldilməsinə təsir edən amillərin müəyyənləşdirilməsi məqsədi ilə ibtidai siniflərin 2018-ci ilin may ayında olan beşgünlük tətili müddətində ibtidai sinif şagirdlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ,Səməd Vurğunun Ev muzeyinə, Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil olunub.Belə ekskursiyalardan biri də ibtidai sinif müəllimi Şamama Həsənovanın rəhbərliyi ilə 2 C sinfinin ekskursiyası oldu.
Şagirdlər ölkəmizin tarixi, iqtisadi, siyasi, mədəni sahələrinin inkişafı haqqında məlumatlar əldə edərək tətil bitdikdən sonra dərs prosesi zamanı təqdimatlar hazırlayaraq müəllimlərinə təqdim ediblər.