GƏLƏCƏK NƏSLİN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏK

10 may 2018-ci il  tarixində  257 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xətai Rayon Fövqəladə Hallar və Mülki  Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir həyata keçirilib. Tədbirdə təhsil müəssisəsinin şagirdləri ilə “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli” və “Müxtəlif şənliklərdə yanğın və texniki təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi əməl olunmalıdır”,”Yanğın hadisəsi zamanı necə davranmalı” mövzularında söhbət aparılıb.

FHN-in Baş Əməliyyat İdarəsinin şöbə rəisi polkovnik-leytenant Babək Həsənov, baş zabit mayor Yalçın Əsgərov, Xətai Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik – leytenant Musayev Rəfail, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin  Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru daxili xidmət mayoru Mahmudov Xanlar, inspektor daxili xidmət kapitanı Şükürov Nicat mülki müdafiə haqqında geniş məlumat verdilər. Qonaqlar qeyd etdilər ki, bu kimi tədbirlərin tez- tez təşkil olunması məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkilinə və mülki müdafiə işinin təkmilləşdirilməsinə səbəb olur. Sonra təhsil müəssisəsinin təxliyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürən vasitələrlə təchiz olunmasının vacibliyi barədə məlumat verilib.

Tədbir zamanı şərti xəbərdarlıq siqnalı, məktəbdə “Yanğın həyəcanı” , xilasetmə qrupları tərəfindən şagirdlərin yanğın  zonasından təxliyəsi, yanğın zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz işlərin vaxtında və düzgün icrası tədbir iştirakçılarına bildirildi.

Sonda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, mövzularında hazırlanmış kitab və bröşürlar tədbir iştirakçılarına paylanılıb, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair söhbətlər açaraq, fərdi mühafizə vasitələri və onlardan düzgün istifadə qaydaları əyani şəkildə göstərilib, eləcə də şagirdləri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb. Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə nazirliyin əməkdaşları tərəfindən məktəbin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi