BURAXILIŞ İMTAHANLARININ İKİNCİ MƏRHƏLƏSİNƏ AİD MONİTORİNQ

“Təhsildə keyfiyyət ili” ilə əlaqədar məktəbin Fəaliyyət Planına uyğun olaraq, mütəmadi şəkildə siniflər üzrə Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi vəziyyəti yoxlanılır. Bu məqsədlə 5 may 2018-ci il tarixində məktəbin 9-cu siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən buraxılış imtahanının ikinci mərhələsinə dair monitorinq imtahanı keçirildi. Şagirdlərə iki variantda hər fənn üzrə 30 test tapşırığından ibarət 60 qapalı tipli test tapşırığı təqdim olundu. Nəticələr məlum olduqdan sonra təhlil olunacaq, valideyn, şagird və müəllim kollektivinin nəzərinə çatdırılacaq.