SƏNDƏ VAR BİR BAŞQA LƏTAFƏT ŞUŞA

   08 may 2018-ci il tarixində məktəbdə qədim və gözəl Azərbaycan şəhəri olan Şuşanın işğal olunması ilə bağlı Şuşa və şuşalıların anım günü qeyd olundu. Məktəbdə “1992-ci il Şuşa şəhərinin işğalı” mövzusunda dəyimi masa keçirildi. Məktəbin tarix müəllimləri Şuşanın yaranma tarixi və strateji əhəmiyyəti haqqında şagirdlərə məlumat verdilər.

Məktəbin 5 A sinfində direktor müavini Yeganə Məhərrəmovanın rəhbərliyi ilə Şuşaya həsr olunmuş dərs keçirildi. Ulu öndərimiz Heydər Əliyevin “Şuşa Azərbaycanın ən əziz və böyük taixi olan bir guşəsidir” kəlamı ilə başlayan məktəbin dil-ədəbiyyat müəllimi Y.Məhərrəmova şagirdlərə Şuşa şəhəri haqda ətraflı məlumat vermişdir. Daha sonra şagirdlər qədim Şuşa haqqında məlumat verərək - Şuşanın tarixi məhəllələri, məscidləri, burada anadan olan tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri haqqında fikirləri qeyd etmişlər. I Qarabağ müharibəsi zamanı Şuşada qəhrəmancasına vuruşub həlak olan yəhudi əsilli Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov haqqında məlumat verildi. Daha sonra Albert Aqarunov haqqında video çarx nümayiş etdirildi. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi –mədəniyyət abidələrinin düşmən tərəfindən talan edilməsi ətraflı şərh edilmişdir. Dərsin yekununda çıxış edən müəllimə Y.Məhərrəmova Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanda da Qarabağa çox böyük diqqət və qayğı göstərməsindən, ermənilərin bunun nəticəsində hər zaman iflasa uğramasından söz açmış, Heydər Əliyevin Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bildiyini vurğulayaraq ulu öndərimizin hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin ərazi iddialarının qarşısını qətiyyətlə almasından söhbət açaraq çox maraqlı faktlar səsləndirmişdir.

Dərs Tünzalə Ağayevanın Şuşa haqqında balladasının səsləndirilməsindən sonra yekunlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi