ÜMUMMİLLİ LİDERİN 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ İMƏCİLİK

7 may 2018- ci il tarixində məktəbdə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş genişmiqyaslı iməcilik keçirildi. İməcilik həm məktəbdaxili, həm də məktəbyanı ərazidə aparıldı. İməcilikdə iştirak edən şagird, pedaqoji və texniki kollektiv çox həvəslə bu işə qatıldılar. Dərsdənkənar müddətdə təşkil olunan bu iməcilikdə kağız tullantılları təkrar emal üçün toplandı, sinif otaqları səliqəyə salındı, dibçəklərə və həyətyanı sahədəki ağaclara qulluq edildi. Partaların, divarların səthi bir daha təmizləndi. Ən səliqəli və təmiz sinif müsabiqəsi keçirildi. Uşaqlar məktəbin həyətindəki alaq otlarını təmizlədilər, otluq və ağaclıq sahəni suvardılar. hər kəs gördüyü işi məmnuniyyətlə və həvəslə yerinə yetirirdi. Bu aktivliyə gürə şagird və müəllim kollektivinə təşəkkürümüzü bildiririk.