Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

   07 may 2018-ci il tarixində məktəbin akt zalında ibtidai sinif müəllimi Pərvanə Qocayeva 3 Ə sinfi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirdi.

Tədbir “Koroğlu” uvertürasının səsləndirilməsi ilə başlandı. Aparıcı tədbiri açıq elan etdi. Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni oxundu. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər ümummilli liderin həyatı haqqında məlumat verdilər. Şagirdlər dahi şəxsiyyətə həsr olunmuş şeirlərivə mahnıları səsləndirdilər. Azərbaycanın qurucusu olan əsrarəngiz insanın fəaliyyətinə, doğma vətəni üçün gördüyü işlərə həsr olunmuş videorolik nümayiş olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli liderin siyasətinin uğurlu davamçısı olduğu qeyd edildi. Perzidentimizə həsr olunan şeirlər söylənildi. Tədbirin sonu məktəbin 11 D sinif şagirdi Xavərin sazda ifası ilə tamamlandı.Tədbirdə iştirak edən hər kəs buradan xoş təəssüratla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi