Məktəbimizin komandası Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar keçirilən yarışın qalibi oldu.

Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş “Mini futbol” idman növü üzrə yarışda məktəbimizin komandası 2-ci yerə layiq görülərək fəxri diplomla mükafatlandırılmışdır. Bu qələbəyə görə məktəbimizin fiziki tərbiyə müəllimi Şıxəliyev Aydın Rəşid oğlunu və komanda üzvlərini təbrik edirik.