Rus dili gecəsi

   02 aprel 2018-ci il tarixində məktəbin akt zalında məktəbimizin rus dili və ədəbiyyatı fənn müəllimləri tərəfindən təşkil olunmuş “Rus dili gecəsi” keçirildi. Nəzərə çatdıraq ki, bu tədbir məktəbdə keçirilən xarici dillər aylığının yekun tədbiri idi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin dil, ana dili və xarici dil öyrənməyin əhəmiyyətini əks etdirən fikirləri ilə başladı. Sonra 4 B və 6 B sinif şagirdləri birlikdə “Пассажиры” səhnəciyi nümayış olundu. 5 A sinif şagirdlərinin ifasında “Маша и медведь” rəqsi nümayiş olundu. Daha sonrat 8 C sinif şagirdlərinin ifasında “Чей язык лучше”,” Ленительный падеж” və s. səhnəciklərlə davam etdi. Məktəbin istər rus bölməsinin şagirdləri, istərsə də Azərbaycan bölməsinin şagirdləri rus dilində gözəl danışmağı bacardıqlarını bir daha nümayiş etdirdilər. Qeyd edək ki, məktəbimiz rus dilinin intensiv tədris olunduğu məktəblər sırasındadır.

Tədbir bir-birini əvəz edən musiqili səhnəciklərlə, musiqi və rəqslərlə davam etdi.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Qarat Qaratov tədbirin yüksək səviyyədə hazırlanmasına görə müəllimlərimizə və şagirdlərimizə təşəkkürünü bildirdi. Şagirdlərimizin belə bilik və bacarıqlara yiyələnməsində zəhməti olan müəllimlərimizə : Məmmədova Rəna, Əliyeva Sevinc,Həsənova Səbinə, Səfərova Dilşad və Qruşenkova Yelenaya öz dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi