III Məntiq Olimpiadasında növbəti mərhələyə adlayan şagirdlərimiz

   Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb. Olimpiadanın məktəbdaxili mərhələsində məktəbimizin 238 şagirdi iştirak edib. Bilik yarışının ilk turunda şagirdlərə 30 test sualı təqdim olunub Nəticələrə əsasən, 12 şagird uğur qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.Bunlardan səkkizi 5 E sinfinin şagirdləri Rüstəmli Fidan Ayət qızı, Əliyeva Zeynəb Mübariz qızı,Babacanov Telman Oktay oğlu,Seyidov Murad Babək oğlu,Mehdiyeva Aysu Ruslan qızı, Mehdiyeva Nəzrin Vüqar qızı,Məmmədova Günel Hamlet qızı,Məmmədli Amin Anar oğlu,  6 A sinif şagirdi Abdullazadə Toğrul Hüseyn  oğlu ,6 Ç sinif şagirdi Rəcəbova Zülfiyyə Rəşad qızı, 5 A sinif şagirdi Səlimov Əli Fuad oğlu , 5 B sinif şagirdi Əhmədov Fuad Əsgər oğludur.

.Olimpiadanın final mərhələsi mayın 26-da təşkil olunacaq.Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirildi.Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.Bu münasibətlə şagirdlərimizi təbrik edir və onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi