Məktəbimizdə “Oxu günü”

19-20  aprel 2018-ci il tarixində  məktəbimizdə “Oxu həftəsi” keçirildi.  Əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarət olan “Oxu həftəsi” çərçivəsində məktəbimizdə Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, müvafiq dərslər, mühazirələr, “Dəyirmi masa”lar və ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir.

Məktəbin 5 A sinfində təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Məhərrəmovanın rəhbərliyi ilə “Nizami yaradıclığı ilə tanışlıq” mövzusunda , 6 D sinfində  Azərbaycan dili və ədəbiyyat müəllimi  Məcidova Aynurun rəbrliyi ilə Nizami Gəncəvi,İmadəddin Nəsimi, Səməd Vurğun,Bəxtiyar Vahabzadənin yaradıcılığına aid  oxuduğu əsərlər  barədə müzakirələr apardılar.

Məktəbin 6 Ç sinif şagirdləri isə Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Hüseynovanın rəhbərliyi ilə məktəb kitabxanasının  oxu zalında “Yeddi gözəl” əsərinin müzkirəsini  apardılar.

Bundan başqa həftə boyunca şagirdlərdə oxu vərdişinin yaradılması və inkişaf etdirilməsi ilə bağlı  siniflərdə təşkilat ssatları aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi