Məktəbimizdə “Gələcəyini Qur” Gəncliyə Dəstək layihəsinin təqdimatı keçirilmişdir.

    “Gələcəyini Qur” Gəncliyə Dəstək layihəsi 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirildi. Layihənin məqsədi universitetlərə hazırlaşmaq imkanı məhdud, lakin oxuma həvəsi olan, bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olmalarına dəstək göstərməkdir. Bu məqsədə nail olmaq üçün seçiləcək məktəblilərin qəbul imtahanlarına hazırlaşmalarına dəstək göstərilməklə yanaşı, onların hərtərəfli inkişafı üçün müxtəlif tədbir görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə bir görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun əməkdaşlarının rəhbərliyi ilə 17 aprel 2018-ci il tarixində məktəbimizdə keçirildi. Şagirdlər tərəfində layihə ilə bağlı məlumatlar maraqla dinlənildi və onların sualları BŞTİ-nin əməkdaşları tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi