Məktəbimizin komandası “Hazırcavablar” intellektual oyunun qalibi olmuşdur.

    16 aprel 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelektual oyun keçirilmişdir. Xətai rayonunu məktəbimizin komandası təmsil etmişdir. Məktəblilər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya və biologiya bölmələri üzrə sualları cavablandırıblar. İntellektual oyununun nəticələrinə görə məktəbimizin komandası qalib gəlmişdir. Qeyd etmək istəyirik ki, “Hazırcavablar” intellektual oyunu  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Televiziyasının (AzTv) birgə layihəsidir. Layihənin məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaqdır. Şagirdlərin fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək də layihənin əsas məqsədidir. Məktəbimizin 6 Ç sinif şagirdləri Xəlilov Vaqif Elnur oğlu, Əliyev Fərid Rafael oğlu və Rəcəbova Zülfiyyə Rəşad qızı Xətai rayon komandanın tərkibində finala çıxaraq qalib olmuşdur. Komandamızın kapitanı Xəlilov Vaqif Elnur oğlu başda olmaqla şagirdlərimizi təbrik edirik və onlara gələcəkdə daha böyük uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi