Qələbəmizin ilk addımı – Aprel döyüşləri

Döyüşlərin ildönümünün qeyd edilməsi, şəhidlərin anılması, şagirdlərdə vətənə sevgi hisslərinin aşılanması məqsədilə aprel ayının ilk həftəsi ərzində məktəbimizdə vətənpərvərlik mövzusunda “Şəhidlər ölməz, vətən bölünməz” adlı dərslər keçirildi. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanan dərslərdən biri də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Məhərrəmovanın 5 A sinfində keçdiyi dərs oldu. Bu dərsdə daha sonra ardıcıl olaraq şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, nəğmələr oxudular. Dərs bu günü və tarixi qələbəni əks etdirən videoroliklərin nümayişi ilə davam etdirildi.
Şagirdlər bu tarixi gün haqqında məlumat verdilər:2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.Hərbi əməliyyatlar zamanı həlak olan hər bir igid döyüşçümüzün adı çəkildi və vətənpərlik ruhunda şüarlar səsləndirildi.
Qeyd edək ki , həftə ərzində məktəbimizin şagirdləri rayonumuzda bu tarixi günlə əlaqədar keçirilən bütün tədbirlərdə ,rəsm müsabiqələrində, 138 nömrəli tam orta məktəbdə Xətai Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə və bir sıra digər tədbirlərdə:şeir və inşa müsabiqələrində iştirak etmişlər.