Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında yer tutan şagirdlərimizə sertifikatlar təqdim edildi.

Bakı şəhəri ümumtəhsil müəssisələrinin V-VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” keçirilmişdir. 09 mart 2018-ci il tarixdə təntənəli bağlanış tədbiri keçirilmiş və olimpiadanın final turunda 80% -dən yuxarı nəticə göstərmiş şagirdlər müxtəlif hədiyyə və medallar ilə mükafatlandırılmışdır.
Şagirdləri stimullaşdırmaq məqsədilə olimpiadanın təşkilat komitəsinin qərarına əsasən ötən tədris ilində məntiq olimpiadasının final turunda 50%-80% aralığında nəticə göstərmiş üç şagirdimiz Qarayev İsmayıl Adil oğlu, Kərimli İlkin Elçin oğlu və Nəbiyev Xaliq Dilsuz oğlu xüsusi sertifikata layiq görülmüşdür.
Biz həmin şagirdləri təbrik edirik.