Məktəbdə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün anımı

30 mart 2018-ci il tarixində məktəbdə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün anım günü qeyd olundu. Bu günlə əlaqədar məktəbin Fəaliyyət Planı hazırlanmış və ona uyğun olaraq azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş mühazirələr, "Dəyirmi masa" lar, təşkil olunmuş, bədii qiraət müsabiqəsi və xüsusi dərslər keçirilmiş, "Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır" mövzusunda inşa yazılar yazdırılmış, sənədli film nümayiş olunmuş, divar qəzetləri və guşələr hazırlanmışdır.
30 mart tarixində keçirilən bütün dərslərdə soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunmuşdur.