“Novruz, sülh və dostluq bayramı” adlı sərgi-tədbir

Məktəbimizin fəal rəssam-müəllimi Kərimova Sevinc və şagirdləri Novruz bayramı ərəfəsində bir sıra tədbirlərdə iştirak etmişlər.
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən “Novruz, sülh və dostluq bayramı” adlı sərgi-tədbir 19 mart 2018 – ci il saat 16:00 – da İran Mədəniyyət Mərkəzində baş tutdu. Tədbiri giriş sözü ilə İran Mədəniyyət Mərkəzinin sədri Əsgəri Farsi açaraq İran və Azərbaycan dostluğu haqqında və Novruz bayramının hər iki ölkədə geniş qeyd olunduğunu və hər iki xalq üçün əhəmiyyətindən söz açaraq İran Mədniyyət Mərkəzində belə sərgi- tədbirlərin keçirilməsinin artıq ənənə halını almasından öz məmnunluğunu bildirərək Layihə rəhbəti Elnurə İsgəndərova və təşkilatçı Aygün İsgəndərovaya təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov Novruz bayramının Azərbaycanda geniş qeyd olunmasından və sərginin adından da göründüyü kimi “Novruz sülh və dostluq bayramıdır” və xalqlarımız arasında bir-birinə sıx bağlı olan Novruz adət-ənənələrimizdən söz açaraq hər kəsi bu gözəl sərgi- tədbir münasibəti ilə təbrik etdi. Sonra çıxış edənlərdən xalq artisti Eldost Bayram və başqaları Novruz bayramı və sərgi münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Müğənni Cavid Hüseyn biri-birindən gözəl canlı ifaları ilə tamaşaçıları sevindirdi.
Sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-yə yaxın işinin nümayişi nəzərdə tutulur. Tədbirdə müxtəlif yaş qruplarından rəssamlar və dekorativ sənət ustaları iştirak etdi.Sonda sərgi iştirakçıları və bir qrup media nümaəndələri diplom və hədiyyələrlə təltif olundular.