Peşə seçimi ilə əlaqədar maarifləndirici təlim

28 mart 2018-ci il tarixində məktəbimizdə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirdə məktəbin direktoru Qarat Qaratov, Dövlət Məşğulluq Xidmətinin Xətai rayonu üzrə əməkdaşları və müəllim heyəti ilə yanaşı yuxarı sinif şagirdləri, onların valideynləri iştirak etmişlər.
Tədbirdə şagirdlər peşə seçiminin onların şəxsi xüsusiyyətlərinə, qabiliyyətlərinə, maraqlarına, gözləntilərinə, fiziki imkanlarına, sağlamlıqlarına uyğun olaraq aparılmalı olduğu barədə tövsiyə aldılar. Onların peşə tədris mərkəzlərində peşə kurslarına cəlb olunmalarına Məşğulluq Xidməti orqanlarının şərait yaratması barədə məlumat əldə etdilər.