Ölkəmizi tanıyaq-dünyada tanıdaq

   Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin budəfəki turu  Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən bu hər kəsdə əsl bayram əhval ruhiyyəsi yaratmışdı. Məktəbimizi bu tur-aksiyada 11 A sinif şagirdi Bağırova Nəzrin və direktor müavini Yeganə Məhərrəmova təmsil edirdi.

15.03.2018-ci il tarixdə  səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının Naxçıvan Muxtar Respublikasına 3 günlük səfərə yolasalma mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul işçiləri, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədov Cənab Prezident İlham Əliyevtərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Daha sonra çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Çıxış edən valideynlər, müəllimlər və məktəblilər  belə gözəl bir imkanı yaratdığı üçün  Olkə Başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını ifadə etdilər.

Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan  yolasalma mərasimi Hava Limanında da Bakının Binəqədi, Səbail, Qaradağ, Yasamal, Nəsimi rayonlarından olan tur-aksiya iştirakçıları ilə birlikdə təntənəli şəkildə davam etdi. İncəsənət ustalarının musiqiləri, Keçəl, Kosa və Bahar qızının məktəblilərlə oynadığı əyləncəli oyunlar, tanınmış aşıqların ifaları Heydər Əliyev adına Beynəlxalq Hava Limanını da əsl bayram əhval-ruhiyyəsinə bürüdü. Sonra bütün rayonlardan olan tur-aksiya iştirakçılarına Xətai İcra Hakimiyyəti tərəfindən Novruz nemətləri ilə nəfis şəkildə bəzədilmiş rəngarəng xonçalar hədiyyə edildi. Çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bütün   məktəblilərə səfərlə bağlı tövsiyələrini verdi, onlara mənalı istirahət, zəngin təəssürat arzuladı.

Tur-aksiya iştirakçıları Muxtar respublikanın Şərur,Şahbuz ,Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.

Şagirdlər əvvəlcə Ordubad şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə gəliblər.Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə bildirilib ki, muzey XII

əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.

Paytaxt məktəbliləri görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ,Məmməd Səid Ordubadinin ,akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyləri ilə tanışlıq da paytaxt məktəblilərində böyük maraq doğurub. 

Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən, rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. XII əsrə aid olan Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir.

Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, Əlincəqala tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

18 mart tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai  məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.

Qarşılanma mərasimində  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıldı. Bildirildi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanıtmaqdır.

İctimaiyyət nümayəndələri, valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət

başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini dedilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi