Fövqəladə hallarla bağlı davranış qaydaları

01 mart tarixində BŞTİ-nin 16 yanvar 2018-ci il tarixli 267-05/07 nömrəli məktubuna əsasən 01 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin əməkdaşlarının “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri baş tutdu. Şagirdlər üçün nəzərdə tutulan bu görüşdə polkovnik-leytenant Ələkbərov Elgün Tahir oğlu “Məişətdə yanğın zamanı davranış qaydaları”, mayor Vəliyev Toğrul Şəmsəddin oğlu “Zəlzələ və torpaq sürüşməsi zamanı davranış qaydaları”, Müvəkkil Allahverdiyev “Çimərlikdə təhlükəsizlik qaydaları”, baş leytenant Məmmədov Emin Mahir oğlu “112 Qaynar Xidməti“ haqqında geniş məlumat verdilər.